Şokolad butiki

Şokolad butiki

Layihə haqqında ətraflı məlumat:

Şokolad sevirsiz? İndi isə özünüzü bu sevgidən qazanc əldə edə biləcəyiniz biznes sahibi kimi təsəvvür edin. Buna öz şəxsi şokolad butikinizi açmaqla nail ola bilərsiniz.
Şokolad biznesi açmağın bir çox üstünlükləri var. Sizin diqqət çəkən, maraqlı, bir bayram əhval-ruhiyəli bir mağazanız olacaq. Hər zaman yalnız yüksək keyfiyyətli mallarla əhatə olunacaqsınız. Müştərilər həvəslə mağazanıza gəlməyə başlayacaqlar.
Şokolad butikləri açmağın 2 əsas yolu var.

Birincisi, məhsulları satın almaqla yanaşı əlavə olaraq şokoladı özünüz hazırlaya biləcəyiniz şokolad atelyesi aça bilərsiniz.
İkincisi, şokolad məhsullarının pərakəndə satışını həyata keçirə bilərsiniz.
Çeşidlərin cürbəcür olmasına fikir vermək lazımdır. Müxtəlif içlikləri olan cürbəcür şokoladlı konfetlər; praline; trüfel; klassik qara, südlü, ağ şokolad; şokolad fiqurlar, şokolad fontanları - bu çeşidə daxil edilməli olanların yalnız kiçik bir hissəsidir.
Ancaq diqqət yetirmək lazımdır ki, əllə istehsal olunan şokolada xüsusi tələbat var. Bir çox alıcılar bu şokoladı əsl sənət əsəri hesab edir. Əl istehsalı şokoladlarının satışının böyük bir faizi bayram ərəfələrində xüsusilə yüksək olur. Bayram mövzusunda hazırlanan məhsullar daha çox diqqəti cəlb edir.
Kateqoriya:
İdeya
Sahə:
Pərakəndə satış
Ölkə:
Azərbaycan
Şəhər:
Bakı

Elanı yerləşdirmə tarixi:
19.12.2020
BZNS AZ +9945151151.. Gün ərzində zəng edin

BZNS AZ +9945151151.. Gün ərzində zəng edin

Oxşar elanlar