Yəqin ki, hər bir insan öz işini, öz biznesini qurmaq istəyir. Kiminsə səhər tezdən gəlib öz balaca kafesini açmaq, stol və stulları düzmək və bütün günü bu prosesə aludə olmaq, və üstəgəl bütün bunlarla yanaşı əlbətdə yaxşı qazanc əldə etmək xoşuna gəlir.
Kimə isə başqa növ fəaliyyətlə məşğul olmaq daha maraqlıdır. Necə deyərlər, hər kəsə özününkü və bu özününkünü tapmaq üçün dəfələrlə səhv edirik və xeyli pul itiririk. Sahibkar daha çox vasait yeni biznes açarkən xərcləyir və bu yalnız maliyyəyə aid deyil, həmçinin zamana da aiddir. Nəticədə hər biznes uğurlu alınmır, əksəriyyəti yarandığından bir il sonra bağlanır.
Bəs biznesin sahibi nə tədbir görür? O, ya əlavə vəsaitlər axtarır bu biznesə investisiya etmək üçün və bununla öz biznesinin fəaliyyətini uzadir ya da ki, ona kömək edə biləcək, bu işi qaldıra biləcək adam axtarır və əgər nə o birisini nə də bu birisini tapmırsa onda o, üçüncü yola əl atır - heç olmasa az da olsa qoyduğu sərmayəni kompensasiya etmək üçün öz sevimli işini satır.
Bəs o, bunu necə edir? O, öz dostlarına və yaxınlarına xəbər verir, cürbəcür qruplarda elan yerləşdirir. Və əgər heç kimi tapmırsa onda öz biznesini bağlayır. Lakin, harada isə bu bizneslə məşğul olmaq istəyən adam var və o, məs bu biznesi almaq istəyərdi. Amma təəsüflər olsun ki, həmin adam onun nə dost nə də tanışlarının dairəsində olmayıb və heç o elan yerləşdirilmiş qruplara da qaxil olmayıb. Biznes yaratmaq üçün bu qədər səy göstərib və onu satmaq istəyən insanlara, həmçinin bizneslə məşğul olmaq istəyən, ancaq sıfırdan başlamaq istəməyənlərə kömək etmək üçün www.bzns.az saytını yaratdıq. Bu saytın əsas məqsədi sahibkarlara biznes almaqda yardımçı olmaq, onu satmaq istəyənlərə kömək edə bilmək və ən əsas istəyimiz insanların istifadəsi üçün yaradılan bizneslər bu bizneslərin inkişafı üçün vəsait çatışmamazlığından və ya sahibkarın təcrübəsizliyindən bağlanmaması əksinə uğurla inkişaf etməsidir.
Dünyada açılan bizneslərin 90%-i 3 ilədək bağlanır, bunun əsas səbəbləri sahibkarın bu biznesdə səriştəsizliyi, vəsaitinin çatışmamazlığı və ya ümumiyyətlə biznes idarə etmə təcrübəsinin olmamasıdır. Bu səbəbdən bir çox bizneslər gəlirə belə çıxmadan bağlanılır. BZNS.az saytının missiyası - bizneslərin bağlanma faizlərini aşağı salmaqdır ondan ötrü ki, bizneslər fəaliyyətlərini dayandırmasınlar, insanları sevindirsinlər və sahiblərinə gəlir gətirsinlər.
Biz çalışırıq öz biznesini açaraq çoxlu səy göstərən, lakin onu qaldıra bilməyib və nəticədə satmaq qərarına gələn hər bir sahibkara, həmçinin öz biznesilə məşğul olmaq istəyən, ancaq sıfırdan başlamaq istəməyənlərə kömək edək.