Hava balonunda uçuşların təşkili biznesi

Hava balonunda uçuşların təşkili biznesi

Layihə haqqında ətraflı məlumat:

Kapadokyadakı hava balonları ən təsirli və romantik şoulardan biridir. Uçmaq həvəsi insanın içində hər zaman yüksəklik qorxusu ilə mübarizə aparır, amma risk etmək və havaya qalxmaq hər kəsin ürəyindən keçir.
Bu həvəs üzərində aerostatlarda uçuş biznesi qurulub, ancaq əsas ideyanın həyata keçirilməsinə düzgün yanaşmadır.

Bir çox yeni başlayan biznesmenlər elə hesab edir ki, insanlar bir neçə saat uçmaq üçün özləri onları tapmalı və ciblərinə pul qoymalıdır. Ancaq bu heç də əlverişli variant deyil: çoxları iki saat uçuş üçün 50-100 manat ödəməyə hazır deyil. Eyni zamanda, bir uçuşa hazırlıq bir neçə saat çəkir - 1-4 nəfər üçün işləmək sadəcə gəlirsiz boşdayanmadır. Belə müştəriləriniz də olacaq, ancaq bir qədər vaxt keçdikdən sonra.

Başlamaq üçün özünüzü tanıtmağın ən yaxşı yolu böyük bir yarmarkada, meydanda, festivalda və ya başqa bir açıq tədbirdə hava balonu ilə durmaqdır. Nəhəng hava balonu diqqəti cəlb edəcək siz isə tez bir zamanda havaya qalxmaq üçün dəstə toplayacaqsınız.
Belə bir kütləvi tədbirdə gün ərzində 50 nəfərə qədər adam “gəzdirmək” olar. Həftə içi 40 manat, həftə sonları 70 manat uçuş qiyməti ilə hava balonu bir mövsümə qoyulan xərci çıxardacaq. Buna tam bir uçuş demək olmaz - əslində bu insanların havaya qalxaraq, şəhərin gözəl mənzərələrinə tamaşa edib, yerə ehmalca enməsidir.
Аmma siz kütləvi müştərini cəlb edəcək, onları xidmətlə tanış edəcək və tez qazanc əldə edəcəksiniz. Bəzi müştərilər yenidən, ehtimal ki, artıq iki-üç saatlıq tam uçuş üçün gələcəklər. Buna görə onlara əlaqə məlumatlarını vermək üçün vizit kartları və ya broşuraları ehtiyatda saxlayın.

Avadanlıqların siyahısı qısadır və ora yalnız hava balonunun özü daxildir. Qiyməti bütün dəstlə birlikdə - balonlar, səbət, stroplar və sair ilə birlikdə 25 000 manat olacaqdır. Bu məbləğə rəsmiləşdirmə, çatdırılma və xidmət də əlavə ediləcəkdir.

Biznesə düzgün yanaşma olduğu halda bir mövsümə yatırımınızı geri qaytara və daha sonra yeni hava balonları alaraq işi genişləndirə bilərsiniz. Ümumiyyətlə uçuşlara həvəsli olsanız aerostatlara paraplan uçuşlarını da əlavə edə bilərsiniz. Burada əsas - yaxşı, təcrübəli təlimatçı tapmaqdır.
Kateqoriya:
İdeya
Sahə:
İstirahət və əyləncə
Ölkə:
Azərbaycan
Şəhər:
Bakı

Elanı yerləşdirmə tarixi:
13.02.2021
BZNS .AZ +994 51 511 51 .. Gün ərzində zəng edin

BZNS .AZ +994 51 511 51 .. Gün ərzində zəng edin

Oxşar elanlar