Keçi ferması

Keçi ferması

120.000 ₼
120.000 ₼

Biznesin ətraflı təsviri:

Təsərrüfat Oğuz şəhərindən 4 km məsafədə Calut kəndinin aşağı hissəsində baş yolun yaxınlığında yerləşir. Oğuz-Şəki avtomobil yolundan təsərrüfatın yerləşdiyi yerə qədər 2 km-dir. Təsərrüfatın ümümi ərazisi 0,24 ha-dır. 0,12 ha təsərrüfat üçün ayrılib. Qalan 0,12 ha-nın 0,8-də meyvə bağı salınıb. Təsərrüfat bir tövlədən, bir anbardan və bir evdən ibarətdir. Tövlənin uzunluğu 30 m, eni 10 m-dir. Orta hissədə hündürlük 2,5 m-dir. Tövlənin yan divarları qoşa kubiklə hörülüb, yəni divarların qalınlığl 40 sm-dir, içəri hissədən suvanıb. Çardaq quru yonca və ot kiplərinin yığılmasına hesablandığı üçün hündürlüyü orta hissədə 3 m-dir. Dam örtüyü paslanmayan profnastildən ibarətdir. Tikintidə istifadə olunan taxta materialları şamdır. Tövlənin qapıları dəmirdən, pəncərələri isə plastikdir. Tövlə 100 baş ana keçi, onların balaları və toxumluq erkəklərin bütün il boyu saxlanması üçün nəzərdə tutulub. Bundan başqa tövlədə keçilərin elektrik südsağanla sağılması və iki baş inək saxlanması üçün də şərait yaradılıb. Tövlə əsasən keçi və qoyun saxlanması üçün
inşa edilməsinə baxmayaraq lazım gələrsə iribuynuzlu heyvan saxlanması üçün dəyişiklik etmək olar. Tövlənin çardağına təxminən 2000 ədəd yonca kipi yığmaq mümkündür. Divarlarin qalın olması, çardağa isə yonca kiplərinin yığılmasi nəticəsində tövlə yayda çox sərin, qışda isə isti olur. Anbarın uzunluğu 10 m, eni isə 5 m-dir. Evin uzunluğu 12 m, eni isə 5 m olmaqla iki otaqdan, mətbəxdən, dəhlizdən, hamam və tualetdən ibarətdir. Mətbəxin altinda eyni ölçüdə, hündürlüyü 2 m olan saxlanc-zirzəmi inşa edilib. Evin iç hissəsində olan qapılar və pəncərələr plastik materialdandır. Təsərrüfatın tikintisində istifadə olunan bütün materiallar yeni və keyfiyyətlidir. Təsərrüfata daimi bulaq suyu çəkilib, tövlənin çardağinda 3 ton tutumu olan kapron çən yerləşdirilib. Çənin suyundan tövlədə, evdə və həyatyanı sahədə istifadə etmək mümkündür. Tövlə daxilində su və kanalizasiya var. Evə isti su "ptiminutka"vasitəsilə verılır, həmçinin qazla və elektriklə işləyən "samovar" su qızdrıcısı da var. Soyuq mövsümlərdə ev "kombi" sistemi ilə isidilir. Təsərrüfatın həyətində daha bir hamam-tualet var ki, o da isti və soyuq su ilə təhciz edilmişdir. Təsərrüfatda tək və üç fazlı elektrik cərəyanı vardır. Heyvanlarln yemlənməsində istifadə olunan yonca, ot, saman və dənli bitkilərin doğranması üçün olan yem üyüdən dəzgah üç fazli cərəyanla çalışır. Təsərrüfatda telefon və internet də vardır. Təsərrüfatın meyvə bağı coğrafi şəraitə uyğun olan ümumi sayı 70 ədədə yaxın müxtəlif meyvə ağaclarından, üzüm tinglərindən və qarağat kollarından ibarətdir. Təsərrüfat kəndin aşağı hissəsində, örüş sahəsinə çox rahat çıxışı olan ərazidə yerləşir.
Elanın növü
Satış
Biznesin yaranma tarixi:
2006
Kateqoriya:
Biznes
Sahə:
Kənd təsərrüfatı
Ölkə:
Azərbaycan
Şəhər:
Oğuz

Elanı yerləşdirmə tarixi:
02.03.2021
İlqar +99450621-18-.. Gün ərzində zəng edin

İlqar +99450621-18-.. Gün ərzində zəng edin

Oxşar elanlar