Bugün reklam yalnız insanın deyil, həmçinin təbiətin ayrılmaz bir hissəsidir. Bəs ümumi baxdıqda reklam nədir?
Reklam - alıcını məhsula cəlb etmək üçün nəzərdə tutulan ən effektiv vasitədir. Məsələn, quşların öz rəngli və bəzəkli qanadları ilə digər quşları cəlb etməsi və ya güllərin kəpənəyi cəlb etməsi reklamın təbii halıdır. Bəzən bizim üçün sıxıcı olan reklamların əslində necə əhəmiyyətli olduğunu bilmək üçün bir anlıq reklamsız həyat düşünək. Televizora baxırıq reklamlar yoxdu, maraqlı verlişlər, sevdiyimiz filmlər saatlarca davam edir. Smartfonumuzdan istifadə edərkən facebook və ya instaqramda yorucu reklamlara rast gəlmirik. Yollarda reklam afişaları da göz yormur. İlk vaxtlar çox xoşumuza gələ bilər, ancaq o çox sevdiyimiz telefonumuz qəfil işləməsə biz yeni smartfon seçimində çətinlik çəkmiş oluruq. Və ya gedəcəyimiz ünvana daha sərfəli taksini necə tapacağımız barədə fikriniz varmı? Ən yaxşı restoranı necə tapa bilərik? Reklam bu kimi çətinliklərin aradan qalxması üçün əvəzolunmaz vasitədir.
Məzmununa görə reklam 3 yerə bölünür:
Sosial reklam - insanları faydalı olmağa və sağlamlıqlarını nəzərə almağa çağırır. Siqaret əleyhinə, idmanla bağlı, ətraf mühitin mühafizəsi məqsədilə olan reklamları misal olaraq göstərə bilərik.
Kommersiya reklamları dedikdə məhsulu satmaq, geniş alıcı kütləsi qazanmaq üçün olan reklamlar nəzərdə tutulur. Bu reklamlar mübadilə məqsədi ilə istifadə olunur.
Siyasi reklamda məqsəd seçkilərdə səs toplayaraq insanların inamını qazanmaqdır. Burada müxtəlif vədlər verilərək seçici səsləri ilə mübadilə həyata keçirilir. Yekunda isə qarşılıqlı fayda baş verir - insanlar tərəfindən seçilən namizəd onlara aid problemlər və şikayətlərlə məşğul olur.
Bəs reklam hansı məqsədlər üçün hazırlanır?
Yeni məhsul və xidmətləri müştəriyə tanıtdırmaq.
Şirkətin imicini olduğundan daha yüksəyə qaldırmaq.
Insanlarda məhsula həvəs yaratmaq və onları məhsulu sınaqdan keçirməyə sövq etmək.
Müştərini satış nöqtəsinə gətirə bilmək.
Vaxtaşırı məhsul barədə müştəriyə xatırlatma etmək.
Satış fəaliyyətinə dəstək olmaq.
Reklamın böyük bir layihədir, və bu layihənin başa gəlməsində geniş bir kütlə iştirak edir.