Bəzən yeni bir biznes açmaq arzumuz olur. Mənim o qədər pulum haradadır? deyib bu fikirdən əl çəkirik. Və ya nə üçün bizneslə məşğul olmursan? sualına əlimdə yetərli məbləğ yoxdur, yoxsa məni bilirsən, yaxşı biznesmen olardım” cavabını alırıq. Bu zaman unuduruq ki, biznes qurmaq üçün vəsaitdən öncə yerinə yetirilməsi vacib olan işlər, atılacaq addımlar var. Biznes yaratmaq üçün hansı mərhələləri keçəcəyimizə baxaq.
Bir biznes qurarkən ilk olaraq onun ideyası olmalıdır. Bu zaman ya biznesmen özü ideya fikirləşməli, ya da hazır biznes ideyalarından yararlanmalıdır. (Saytımızdakı maraqlı ideyalar sizin üçün qoyulmuş bir fürsətdir.)
Biznesiniz üçün istədiyniz ideyanı tapdıqdan sonra bu ideyanın bazar üçün uyğunluğunu araşdırmaq lazımdır. Bu zaman bazarın özünü də araşdırmaq yaddan çıxmamalıdır.Hansı bazar seqmentində bizim məhsulunuza və ya göstərəcəyiniz xidmətə ehtiyac var. Araşdırmalar zamanı ekspertlərin fikirlərindən faydalanmaq məsləhətlidir. Araşdırmalar bitdikdən sonra biznes plana keçə bilərik.
Biznes planda bütün xərclər, biznesi açmaq üçün görüləcək işlər və atılacaq bütün addımlar qeyd edilir. Bu mərhələdə artıq bütün xərclər hesablanır və ümumi xərcin 10%-i də qeyd olunaraq növbəti mərhələyə baxılır.
Vəsait- biznes planda qeyd olunan bütün xərcləri qarşılamaq üçün lazım olan vəsait tapılmalıdır. Bu vəsait şəxsi büdcəniz və ya investorlar vasitəsilə əldə olunur. Biznesin büdcəsi olduqdan sonra artıq biznes plana uyğun icra etməyə başlayın.
Yuxarıda qeyd olunan addımlar düzgün şəkildə və ardıcıl olaraq yerinə yetirilərsə bu biznes uğurlu biznes hesab olunacaq. Biznes qurarkən vəsait qədər önəmli olan ardıcıllıqdır. Bütün işlər müəyyən vaxt çərçivəsində və ardıcıl yerinə yetiriməlidir. Unutmayın ki, bir pilləni yerinə yetirmədən digərinə keçmək olmaz!