Hazırki dövrümüzdə biznesin inkişafını sürətləndirmək üçün çoxlu ənənəvi və qeyri-ənənəvi üsullar vardır. Yalnız bu üsullar şablon xarakterli olub, hər zaman uğur qazanmağa kömək etmir. Biznesi inkişaf etdirmək üçün çoxlu sayda müştəri cəlb etmək lazımdır. Müştəri cəlb etmək üçün aşağıdakı üsulları bilmək tövsiyə olunur.
Bütöv şəlikldə istehlakçı təcrübələrini gözdən keçirin. Unutmayın ki, müştərilərin yaddaşı şirkətin yaddaşından daha güclüdür. Şirkət hər nə qədər özünü müştərinin yerinə qoysa, məhsula müştəri gözü ilə baxsa bir o qədər çox müştərinin tələbatını başa düşər. Bu üsul vasitəsilə şirkət daha çox uğur qazanar.
İstehlakçılarla doğu münasibət qurun və onlarla uyğunlaşmağa çalışın. Bir şirkət olaraq hər bir istehlakçı ilə düzgün münasibət qurub ortaq dili tapmaq vacibdir. Yəni müştərilərlə öz dillərində danışmaq daha məqsədəuyğun hesab olunur. Yaxşı əlaqələr qurulduğu təqdirdə siz öz müştərinizin nə istədiyini asanlıqla oxuya bilərsiniz.
Müştərilərlə aranızda olan pərdələri səmimiyyət çərçivəsində götürsəniz, onlar sizdən daha xoş təəssürat alacaqlar. İnsanlar açıq və dürüst olan təşkilatları qiymətləndirirlər. İdeal olan heçnə yoxdur və bəzən siz ola bilər ki, müştərilərin istədiyini tam hazır şəkildə onların ayağına çatdıra bilməyəsiniz. Uzun illər insanların şirkətlərin onların tərəfində olmaması və onlardan gizli şəkildə komissiyalar tutması barədə problemlər yaşanıb. İnsanlara elə gəlirdi ki, şirkətlər saxta məhsulların qaytarılması ilə hiylə işlədirlər. Unutmayın ki, müştərilərlə real, həqiqi münasibətlər qurmaq lazımdır. Bir çox şirkətlər üçün sadiqlik üzərində qurulan münasibətlər təkrarlanan fəaliyyətlərə görə mükafat anlamına gəlir. Uzunmüddətli inam qazanmağın yeganə yolu – tam səmimi olmaqdır.