Bloq

27.07.2021 / Bizneslərin bağlanma səbəbləri nələrdir?

         Bəzən çox böyük həvəslə qurulmuş biznes bəzi səbəblərdən dolayı uğursuzluz olur.  Bu da, biznesin tezliklə bağlanmasına gətirib çıxarır. Bəs biznesin bağlanmasına nələr səbəb olur. 

 

        

Bağlanan bizneslərin 20%-i bu məhsula tələbatın aşağı olmasının qurbanı olur. 

        Biznes qurarkən qoyulan vəsait və onun necə və hara xərclənməsi önəmli faktordur. Bəzən bizneslərdə vəsait yetərsizliyi yaranır ki, bu da biznesin bağlanmasına səbəb olur. Bu səbəb bağlanan bizneslərin 14%-ni təşkil edir.

       Biznesin qurulmasında mühüm məsələlərdən biri də komandanın qurulmasıdır.  Belə ki bağlanan bizneslərin 11 %-nin bağlanma səbəbi düzgün komandanın qurulmamasıdır.

       Biznes mühitində sağlam rəqabət biznesin inkişafı üçün çox önəmlidir. Lakin bu zaman risklər də qaçılmaz deyil. Hesablamalara görə 9 % biznes rəqabət mübarizəsində uduzduğu üçün bağlanmağa məcbur olur.

       Həm bazar seqmentini, həm də məhsulu düzgün dəyərləndirmədikdə biznesin bağlanmasına gətirib çıxarır. Bu da ümumi bağlanmanın 7%-ni təşkil edir. 

       Biznesin ən vacib məqsədi keyfiyyətli məhsul istehsal etməkdir. Məhsulun keyfiyyətinin aşağı olmasından dolayı 7% biznes bağlanmağa məcbur olur. Həmçinin məhsulun bir biznes modeli olmalıdır. Vaxtında və düzgün biznes modeli hazırlanmadığından 7% biznes vaxtından tez bağlamnalı olur.

        Son olaraq düzgün marketinq aparmaqla  biznesi inkişaf etdirmək mümkün olduğu kimi, yanlış marketinqin nəticəsində biznes bağlanmaq təhlükəsi ilə üz-üzə qalır. Bağlanmaların 6%-ni də məhz bu səbəb təşkil edir. 

        Yeni bir biznes qurarkən sahibkar yuxarıdakı risklərin hər birini diqqətlə nəzərdən keçirməlidir. Hər bir kiçik səhv böyük uğursuzluqların başlanğıcı ola bilər.