Hər gün eşitdiyimiz brend sözü artıq beynəlmiləl sözə çevrilib. Çoxumuz mənasını bilməsək də sevə sevə istifadə etdiyimiz bu söz nə deməkdir və əslində nə üçün lazımdır? Brend- bir mal və ya xidməti digərlərindən adı, loqosu, təsviri ilə digərlərindən fərqləndirən xüsusiyyətdir. Brend özü xüsusiyyət olduğu kimi brendin də özünə xas iki cəhəti var.
Birincisi, brend məhsul və ya xidməti müəyyənləşdirir, yəni onu başqa eyni məhsullardan fərqləndirir. Məsələn, marketdə Roshen şokoladını axtararkən Nestle şokoladı sizin üçün maraqlı olmayacaq. Buna səbəb siz artıq Roshen brendini bəyənib seçmisiniz.
Ikincisi isə məhsul simvolu ilə digər brendlərdən fərqlənir. Məsələn Amazon elektron ticarət platformasının simvolu yalnız özünə məxsusdur. Yəni hər hansı başqa platformada bu rəng və logonu görməyiniz mümkün deyil.
Unutmaq olmaz ki, məhsul istehsal olunan kimi brend sayılmır. Bunun üçün məhsulun ve istehsal eden şirkətin tanınması, müştəri tərəfindən bəyənilməsi lazımdır. Məhsulun brendinin tanıdılması üçün reklam və başqa marketinq tədbirlərinə ehtiyacı var. Reklam vasitəsi ilə müştəri nə üçün bu brendi seçməli olduğunu öyrənir. Məhsul bir dəfə alındıqda bəyənilərsə artıq müştəri məhsula qarşı asılılıq hiss edir. Müştəri hər yerdə bu məhsulu axtarır, tapa bilmədikdə başqa məhsulu almaq yerinə daha çox axtarış etməyi seçir.
Bəs brend alıcını nəyə inandırır?
Birincisi, brend alıcını ona verilən pula görə heyfslənməməyi öyrədir. Müştəri bu brendin öz inkişafı üçün faydalı olacağına inanır.
İkincisi müştəri ilk dəfə aldığı zaman hiss etdiyi əminliyi və xoş təəssüratı hər dəfə eyni məhsulda axtarır.
Brendi unikal edən xüsusiyyətlər brendin adı, məhsulun forması, rəngi, sloqanı və simvoludur.
Məhsulun adı onun brend edən başlıca xüsusiyyətidir. Belə ki, məhsulu istifadə etməyənlər belə onu adından tanıyırlar. Və bu məhsulun istifadəçisi olmayan müştəri yalnız adı vasitəsilə məhsulu əldə edə bilir.
Məhsulun simvolu- yəni loqosu onun unikal təsviridir. Tanınmış brendlərin loqoları bəzən adları olmadan istifadə olunur. Bu isə brendin özüne əminliyini sübut edir.
Brendin mahiyyətini qısa şəkildə açıqlayan bir cümlə və ya söz brendin sloqanı hesab olunur.
Brend anlayışı yarandığı vaxtdan daimi inkişafdadır və çox geniş mövzudur. Marketoloqlar daim brend mövzusunda araşdırmalar aparır və brendi daha çox tanıtmanın yollarını axtarırlar. Brend anlayışının geniş mahiyyəti barədə növbəti bloqlarda məlumat verəcəyik.