Bloq

13.07.2021 / BZNS.az - Haqqımızda

     Hazırkı dövrdə bir çox insan  öz arzusunda olduğu biznesi qurmaq istəyir. Bəziləri kiçik bir bizneslə öz xəyalını gerçəkləşdirməyi planlaşdırarkən, başqaları böyük bizneslə məşğul olaraq məşhur sahibkar olmaq istəyir. 

     Lakin hər zaman nəticə gözlənilən kimi alınmır və bəzi hallarda sahibkar xeyli vəsait itirmiş olur. Bu vəziyyətdə sahibkar daha çox zərərə uğramamaq üçün bəzi alternativlərdən istifadə edir. Bəzən əlavə vəsait hesabına biznes fəaliyyətini inkişaf etdirməyə çalışır, bəzən isə yetərli vəsait olmadığı üçün öz biznesini satmaq məcburiyyətində qalır.

     Bəs sahibkar bunu necə edir? Sahibkar ilk olaraq dostlar və yaxın ətrafı ilə satış barədə məlumat paylaşır, həmçinin sahibkar biznesi barədə sosial şəbəkələrdə,  biznesin satışı ilə əlaqəsi olmayan qruplarda biznesin satışını həyata keçirmək istəyir ki bu cəhdi çox zaman uğursuzluğa uğrayır. , Amma onun biznesini almaq istəyən biri yüz faiz var.

      Şəxsi təcrübələrimizdən yaralanaraq bu sahibkarlara kömək məqsədi ilə 12 oktyabr 2020-ci ildə www.bzns.az saytını yaratdıq. Saytımızın məqsədi sahibkarın satılan biznesinin məlumatlarını almaq istəyənlərə çatdırmasıdır. Nəticədə bir sahibkar böyük maliyyə itkisindən azad olunarkən, digər sahibkar sıfırdan başlamadan bir biznesə sahib ola bilər. Bizim saytımızda sahibkar biznesini sata, icarəyə verə bilər və həmçinin yeni biznesə sahib olmaq kimi şansı yaranmış olur.  Əlavə olaraq sayta yaranan  tələbata əsasən kateqoriyaları inkişaf etdirərək yeni kateqoriyalar yaratdıq: startaplar, franşizalar və ideyalar. Gələcək fəaliyyətimizdə də Azərbaycanda biznesin inkişafına dəstək olmaq üçün durmadan inkişaf edəcəyik. 

     Saytımızın missiyası bizneslərin bağlanma faizlərini aşağı salmaqdır ondan ötrü ki, bizneslər fəaliyyətlərini dayandırmasın, insanları sevindirsin və sahiblərinə gəlir gətirsinlər.