Azərbaycanda biznes elanlar saytı olaraq ”İlkin Manafovla İşləmək vaxtıdır” verlişinin qonağı olduq. Maraqlı söhbətimiz saytımızın əsas mahiyyətini, Azərbaycanda biznesmenlər üçün faydalarını danışmaqla başladı. Saytımızın ilk yaranma ideyası və bu ideyanın reallaşdırılması barədə məlumat verdik. İlkin müəllimin sözü ilə desək bizim platformamız təcrübəsiz biznesmenlərin öz bizneslərini sata bilməsi üçün yaranmış fürsətdir. Həmçinin bir biznesmen öz biznesi üçün lazım olan nəyisə əldə etmək istəyirsə,bizim sayta daxil olur və paralel olaraq kimsə o xidməti təklif edirsə bizim biznesimiz körpü rolunu oynayır.
Bizim müştərimiz kimdir? Bizim müştərimiz öz biznesini quran və müəyyən müddətdən sonra gəlir əldə etməyib deyə və ya fərqli səbəbdən öz biznesini satmaq istəyən sahibkarlardır. İlkin müəllimin bir cümlə ilə öz platformanızı izah edin sualını belə cavablandırdıqdan sonra ideyamızın Azərbaycanda nə dərəcədə aktual olduğu mövzuna toxunduq. Platformamızın məhz pandemiya dövründə yaradılması əslində biznesimizə ehtiyac olduğunu bir daha sübut etmiş olur.
Biznesmenlərin öz bizneslərini satma səbəblərini araşdırarkən əsas səbəb olaraq təcrübəsizliyi göstərdik. Xatırladaq ki, BZNS.az platforması olaraq bizim missiyamız gələcəkdə biznesmenlərin təcrübə toplayarq peşəkar sakibkar olmalarına dəstək olmaq və Azərbaycanda biznes fəaliyyətinin inkişaf etməsi üçün töhfəmizi verməkdir.