Bloq

23.07.2021 / İşinizi tərk etmək üçün nələrə sahib olmalısınız?

 

Bəzən sevmədiyiniz, sizin üçün maraqsız görünən işinizdən uzaqlaşmaq istəyirsiniz. Həm maddi, həm də mənəvi cəhətdən siz buna hazır olmalısınız. Belə ki, işinizi tərk etmək üçün aşağıdakı riskləri gözdən keçirmək lazımdır. 

Orta aylıq xərclərinizin 2 qatı üçün kifayət edəcək pulunuz var mı? Bu riski gözdən keçirərəkən aylıq xərclərinizin dəqiq hesabını bilməyiniz vacibdir.

Sıfırdan bir biznes qurmaq istəsəniz, ən azı 12 aylıq xərclərinizi ödəyəcək büdcəniz olmalıdır.

Maddi və mənəvi tələbatınızı ödəmək və daha uğurlu bir iş qura bilməyiniz üçün kifayət edəcək təhsiliniz olmalıdır.

İşdən çıxdıqdan sonra 8 saat deyil, 14 saat işləyəcəyinizi unutmamalısınız.

Xəyallarınızı gerçəkləşdirəcək və sürətli nəticələr əldə edəcəyinizə inamınız olmalıdır. Belə bir işə başlamaq üçün güclü motivasiyaya sahib olmalısınız.