Bloq

26.08.2021 / Qiymət artımında müştərini itirməmək üçün nələr etmək lazımdır?

        Qiymət artımının müştərilərə necə təsir edəcəyini bilmək üçün məhsulunuzun və ya xidmətinizin iki variantını yaradın. Birinc variant – olan ilkin təklif etdiyiniz məhsul. İkinci variantda isə bu məhsulun təkmilləşmiş versiyası. İkincinin qiymətini statistikaya uyğun qaldırın. Nəticə uğurlu olarsa ikinci məhsulun geniş miqyasda satışını həyata keçirin.

        Maya dəyəri yüksək olan xidmətləri maya dəyəri aşağı olan məhsullarla dəyişin. Maya dəyəri aşağı olub keyfiyyətli olan xidmətləri sınaqdan keçirin. Bu zaman müştərilər yeni xidmətdən razı qalsalar xidmətin satışı uğurlu hesab olunacaq. Əgər siz xidmət deyil, məhsul satırsınızsa bu metodu asanlıqla tətbiq edə bilərsiniz. Etməli olduğunuz şey yaxşı bir təchizatçı tapmaq və maya dəyəri çox olan məhsulları daha ucuzları ilə əvəzləməkdir.

       Məhsulun qəbul olunmuş dəyərini artırın. İstifadəçilərin gözündə məhsulunuzu daha da dəyərli edin və tam rahatlıqla onun qiymətini artıra bilərsiniz. Müştəriyə məhsulun daha da təkmilləşdirildiyini reklamlar vasitəsilə bildirin. Bir növ müştərinin bu məhsulu daha da təkmilləşdiriblər sözünü demesi üçün çalışın. Bu zaman məşhurlara reklam barədə təkliflər edin. Artıq yeni məhsulun hansısa məşhur tərəfindən bəyanedildiyini görən müştəri üçün qiymət artımı bir o qədər rol oynamır.

        Qiymətləri tədricən artırın. Bu gediş bütün biznes tiplərinə uyğun gəlmir. Məsələn, əgər sizin gəliriniz sosial şəbəkələrdə aktivliyinizə çox bağlıdırsa ondan istifadə etməyinizin mənası yoxdur. Niyə? Çünki, daimi qiymət artımınızdan şikayətli olan istifadəçi bu barədə şərh yaza bilər və bununla da sürətlə özünə diqqət çəkib yüzlərlə hətta minlərlə həmfikir toplaya bilər.

        Amma başqa parçalanmış bazarlarda bu metod çox effektiv ola bilər. İlkin olaraq məhsulun qiymətini 10%  artırın. Müştərilərin etirazı olmadığı halda cüzi qiymət artımını həyata keçirə bilərsiniz. Beləliklə də əgər siz qiymətlərinizi tədricən artırmaq qərarına gəlsəniz, çox artırmayın və ən əsası isə tələsməyin.

       Çatdırılmanı və əlavə xidmətləri pullu edin. Çatdırılmaya görə ödəniş almaq hərbir sahibkarın qəbul etdiyi strategiyadan asılıdır. Əsas odur ki, o, maksimum operativ olsun və çox da baha olmasın. Müəyyən məbləğdə sifarişin pulsuz çatdırılmasını tətbiq etməyə çalışın – bu sadə üsul sizə orta məbləğli qəbz hesabı qazandıracaq. Xidmət satırsınızsa, onu əlavə ödənişli seçimlərlə tamamlamağa çalışın. 

        Müştərilərinizi qiymət artımı ilə bağlı xəbərdarlıq edin. Əgər şirkətiniz məhşurdursa və tez-tez mətbuatda işıqlanırsa qiymətləri qaldırmaq istədiyinizi mütləq deyin. Bununla siz baş verə biləcək gözlənilməz halların sayını azalda və bütün sonrakı müzakirə və tənqidlərin qarşısını ala bilərsiniz. Unutmayın ki, xəbərdarlığınız bəhanələrlə müşayiət olunmamalıdır.