Bloq

22.07.2021 / Saat kimi işləyən biznesi necə qura bilərik?

 

          Uğurlu bir biznes qurmaq istədikdə onu saat kimi təsəvvür etməliyik, saat kimi dəqiq işləməklə istədiyimiz məqsədə nail ola bilərik. 

     Bəs saat kimi işləyən biznesi qurmaq üçün nələr etməliyik? Bu suala cavab olaraq bir saat nələrdən ibarətdir və necə işləyir deyə düşünək. Saat əsas hissə olaraq mexanizmdən və saatı aktiv hala gətirən batereyadan ibarətdir. Biznes bir saat olarsa biznes prosesləri saatın mexanizmi rolunu oynayır. Bu biznesi aktiv vəziyyətdə saxlamaq üçün daima motivasiya tələb olunur. Motivasiya hər bir sahibkarın fərdi xüsusiyyətlərinə görə dəyişir. Hər bir sahibkarın qarşısına qoyduğu məqsədə çatmaq üçün özünü motivəetmək xüsusiyyəti fərqlidir. 

    Biznes prosesi dedikdə, daxili və xarici müştərilərin tələbinə uyğun xüsusi məhsul yaratmaq  məqsədi ilə hazırlanmış qaydalar və tapşırıqlar toplusu nəzərdə tutulur. Biznes prosesini aşağıdakı mərhələləri əhatə edir.

     İlkin olaraq binesin məqsədi təyin olunmalıdır. Məqsəd müəyyən olunduqdan sonra qoyulmuş məqsədə çatmaq üçün biznes planı və biznes layihəsinin sxemi hazırlanmalıdır. Bu sxemdə vəzifələr, bu vəzifələrin kimlər tərəfindən və hansı avadanlıqlar vasitəsilə icra olunacağı qeyd olunmalıdır. Toplanmış təcrübə və hazırlanmış biznes sxeminə əsasən təyin olunmuş biznes prosesini sınaqdan keçirtmək lazımdır. Testi uğurla keçmiş biznes prosesi real mühitdə fəaliyyətə başlayır. Alınmış nəticə planlaşdırılmış nəticə ilə müqayisə olunur. Nəticə gözləniləndən zəif olarsa prosesə yenidən baxılır və boşluqlar aradan qaldırılır.