Brend barədə əvvəlki postlarımızda birində məlumat vermişik. Brendə məhsula verilən dəyər kimi baxa bilərik. Unutmaq olmaz ki, məhsul kimi insanlar da brend ola bilər. Mövqeyindən və vəzifəsindən asılı olmadan hər kəs brend ola bilər. Bəs şəxsi brend nədir və necə tanınır?
Şəxsi brend insanın təcrübə, bilik və bacarıqlarının başqa insanlar tərəfindən tanınıb qəbul olunmasıdır. Şəxsi brend yaranarkən iki hissədən ibarət olur:
Funksional xassələr - şəxsin peşəsinə aid olan bacarıq və dəyərləri nəzərdə tutulur.
Emosional xassələr - şəxsin ətrafındakı insanlarla münasibəti, şəxs barəsində insanların fikri, insanlara ötürdüyü hisslər daxildir. Bu xüsusiyyətlər şəxsi brendin formalaşması üçün mühüm amillər olub karyera qurmaqda başlıca prinsiplərdir.
Heç kim brend olaraq doğulur prezidentlər belə özünü cəmiyyətə sübut etdirməli olur, cəmiyyətin gözündə dəyər qazanmağa çalışırlar. Ali məktəb təhsili arzulanan işə zəmanət vermir, ənənəvi karyera inkişaf modeli müasir cəmiyyətdə işləmir. İnsanlar arzuladığı işə, həmin işin vəd etdiyi imkanlara sahib olmaq üçün sözün əsl mənasında “özlərini satmalı” olurlar. “Özünü satarkən” isə şəxsi marketinq bacarıqlarını maksimum istifadə etmək lazım gəlir.
Hər bir şəbəkə aktivliyi sizin brendizinin bir hissəsidir. Bu səbəbdən hansı məlumatı sosial medialarda öz personal səhifələrinizdə yerləşdirməyin mümkün olub-olmaması haqqında dərindən fikirləşin. Sizin potensial işəgötürən tamamilə qanun əsasında sizin haqqınızda bloqlardan yaxud sosial şəbəkənin profilindən çox maraqlı şeylər öyrənə bilər. Sizdə hər şey qaydasında olduğunu yoxlamaq üçün özünüzü axtarış sistemlərində axtarın. Əgər gördüyünüz sizin xoşunuza gəlirsə deməli siz düz yoldasız. Əgər xoşunuz gəlmirsə, personal brendinizin bu komponentini təkmilləşdirmək üçün səbəb var.