Bloq

02.09.2021 / Startap sahiblərinin hansı səhvləri şirkəti uğursuzluğa aparır?

Bizneslərin uğurlu olmamasının tək səbəbi şirkət direktoru və ya əməkdaşlar olmur. Bəzən biznes qurucularının səhvi ucbatından biznes uğursuzluğa məruz qalır. Biznes rəhbərlərinin bəzi səhvlərini nəzərdən keçirək: 

     Bəzən startap qurucuları büdcəyə uyğun olmadan həddindən artıq pul xərcləyirlər. Şirkət sürətlə inkişaf edir və daha çox sərmayə qoyaraq inkişafa bir qədər də təsir etmək istəyi əslində şirkəti uğursuzluğa gətirib çıxara bilər. Bir çox zaman şirkət sahibləri heç gözləmədən şirkəti daha genişləndirmək istəyir. Vaxtsız verilmiş bu qərar, yeni və geniş ofis uğurlu biznes olacağına həvəsləndirsə də hər şey bu qədər asan olmur. Buna görə də pulu məqsədli şəkildə xərcləyin. Təsəvvür edin ki,  şirkət xərclərinizi və bu xərcləri nə üçün etdiyinizi ananıza danışın, onun üçün bu xərclər mənasız gəlirsə, bu xərclərə yenidən baxın.

     Bəzən sahibkar şirkət üçün deyil, öz maraqları üçün büdcədən istifadə edir Əgər siz uğurlu bir şirkətin qurucususunuzsa sizin əlinizə nə vaxtsa sizə faydalı olan fürsətlər düşə bilər, amma onlar digər səhmdarlara uyğun olmaya bilər. Lakin biznesin sürətli inkişafı dayanan kimi səhmdarlar yəqin ki onları diqqətlə öyrənəcəklər. Şirkətinizin maliyyə əməliyyatlarına  ailə üzvlərinizi və digər maraqlı tərəfləri cəlb etməyin.

      Biznesin deyil, məhsulun ümumi müzakirəsini aparın. Şirkətin reklamını həyata keçirərkən diqqət etməli olduğunuz məqam məhsulun və ya xidmətin reklamı daha ön planda olmalıdır. Əks halda şirkəti tərifləmək istəyərkən bəzi sirrləri rəqiblərə ötürmüş olarıq.  Daxili maliyyələşmə cəlb etməyə hazırlaşırsınızsa və səhmdarlar qarşısında çıxış edirsinizsə bütün bunlar əhəmiyyət daşıyır. Göstəricilərlə öyünüb komandanı tərifləməyə isə dəyməz: bu ancaq və ancaq sizin biznesi və əməkdaşları rəqiblər və rekruterlər üçün hədəfə çevirəcək.

     Uğur gətirən tələlərdən biri də şəxsi brendinin yaratmaq fikridir. Hər hansısa direktorlar şurasın qoşulmaq, hökumətin məsləhət qrupuna daxil olmaq istəyərdinizmi? Bütün bunlar əyləncəli olacaq və sizin tərcümeyi-halınıza böyük  təsir edəcək. Amma burda bir sual yaranır – siz biznesinizin zəmanətli uğuruna əminsinizmi? Əgər buna əminsinizsə o zaman bütün bu komitetlərə qoşulmaq üçün  illik məzuniyyətə çıxın. Yox əksinə, əgər şirkətinizdə hələ həll olunmamış problemlərin olduğunu düşünürsünüzsə o zaman öz brendinizi yaratmaq yox onların həlli ilə məşğul olmalısınız. Təsəvvür edin ki, bir il sonra  sizin startap iflasa uğrayır. Sonra isə təqvimdə, belə bir vəziyyətdə getməkdən peşman olacağınız növbəti 90 günə olan görüşlər və tədbirlərə nəzər yetirin. 

     Sizin biznesdə qazanmaq istəyən insanların fikrinə az diqqət edin: bura bankirlər, hüquqşünaslar və səhmdarlar da daxildirlər. Tanış olmayan və başı çıxmayan insanların qiymətləndirməsi barədə düşünməyin.