Аkvaqrim və feys-art üzrə biznes
Аkvaqrim və feys-art üzrə biznes
Подробная информация о проекте:
Boyalarla rənglənmiş uşaqların üzlərini müxtəlif tədbirlərdə görmək olar. Son zamanlar bu əyləncə yalnız uşaq məclislərində deyil, həm də böyüklər üçün olan korporativlərdə də dəbə düşüb.
Peşəkar makiyaj sənətinin öyrənilməsi üçün çox vaxt sərf etməlisən. Akvaqrim sənətinə isə rəsm çəkməyi sevən və yaxşı fantaziyası olan hər kəs yiyələnə bilər. Uşaq bayramları, uşaq bağçalarında buraxılışlar, məktəb tətilləri, yeni il şənlikləri, ad günləri və korporativlər... qrim edən üçün bu xidmətlərə çox sifarişlər olacaq.
Niyə də bundan qazanmayaq? Bu yaradıcılıq biznesinə ilk investisiya təxminən 600 manat təşkil edəcəkdir. Qoyulan məbləğin çıxarılma müddəti 1 aydır. Aylıq gəlir təxminən 1850 manat ola bilər. Yeni başlayan sahibkar üçün bu biznes onunla yaxşıdır ki, heç bir yerə və ya ofisə ehtiyac olmayacaq.
Qrim sənətkarları birbaşa müştərinin məkanında və ya insanların sıx olduğu yerlərdə işləyirlər. Bütün lazımi alətləri və materialları evdə saxlamaq olar: onlar çox yer tutmayacaq, lakin saxlama şərtlərinə riayət edilməlidir. Sizə fərqli rənglərdə xüsusi hipoallergen boyalar, müxtəlif ölçülü fırçalar, pambıq çubuqları və disklər, nəm və quru salfetlər, süngərlər, palitralar və eskizlər lazım olacaq.
Həmçini Sizə səyyar işlər üçün kiçik qatlanan masa və stul lazım olacaq. Boyalar üçün təmizlənmiş içməli sudan istifadə etmək daha yaxşıdır.
İşinizi necə reklam etmək olar
İlk vaxtlar reklam vermədən keçinməyə çalışın. Siz təzəlikcə yeni işə başlayırsınız, ətrafa baxmalı və bu işin sizin üçün olub olmadığını anlamalısınız.
Bütün sosial şəbəkələrdə layihənizin səhifələrini yaradın, işlərinizin fotolarını publikasiya edin, şəhərinizin tematik pabliklərində pulsuz reklam yerləşdirin və ilk sifarişlər sizi çox gözlətməyəcək.
Sifarişdən azad günlərdə valideynlərin övladları ilə gəzdiyi yerlərə: atraksion parklarına, ticarət mərkəzlərinə, uşaq meydançalarına gedin. Həmçinin xidmətlərinizi böyüklərə də təklif edin: korporativlərdə, ad günlərində, klub şənliklərində.
Reklama xərc çəkmədən akvaqrim biznesini inkişaf etdirmək həqiqətən mümkündür. Əgər Siz hər şeyi düzgün etsəz, müştərilər özləri Sizi tapacaqlar.

- Категория:
- Идея
- Сфера:
- Другое
- Страна:
- Азербайджан
- Город:
- Баку
- Дата размещения объявления:
- 08.02.2021
BZNS .AZ
+994 51 511 51 ..
info@..
В течении дня звоните
BZNS .AZ
+994 51 511 51 ..
info@..
В течении дня звоните