BZNS.az saytında elan yerləşdirilməsi bu İstifadəçi razılaşması (bundan sonra - Razılaşma) ilə tənzimlənir. Saytda təsbit edilmiş Qaydaların pozulması və ya reklam üzrə istifadəçilərin çoxsaylı şikayətləri elanın və eyni zamanda onların sahiblərinin qeydiyyat hesablarının bloklanması ilə nəticələnə bilər. Nəzərdə saxlayın ki, bütün elanlar əlavə xidmətlərin (VİP və təstiqlənmiş) onlara tətbiq edilib-edilməməsindən asılı olmayaraq qaydalara uyğun olmalıdır. Qaydaların pozulması halında hətta ödəniş olunmuş elanlar da blok oluna və ya silinə bilər. Ticarət platformasının bütün istifadəçiləri üçün bərabər şəraitin təmin edilməsi məqsədilə hər kəs elan yerləşdirməzdən əvvəl BZNS.az-ın qaydaları ilə tanış olub riayət etməlidir.
1. Elanlar:
1.1. Hər yeni yerləşdirilmiş elanın müddəti 30 gündür. Əgər elanın müddəti bitibsə və biznes satılmayıbsa, istifadəçi bu elanı yeniliyə bilər və yenilədikdən sonra elan 1 ay müddətində yenidən aktiv olacaq.
1.2. Saytda olan elanın məzmunu haqqında məlumatları və şəkilləri başqa biznesə aid məlumatlara və şəkillərə dəyişmək qadağandır.
1.3. Saytda eyni zamanda eyni biznesin məlumatlarını ayrı-ayrı elanlarla yerləşdirmək qadağandır, əks halda belə elan aşkar olunarsa, hər iki elan silinir.
2. Elanın qısa təsviri:
2.1. Elanın təsviri bəndi əsas səhifədə əks olunacaq, onun üçün maksimal biznesi, franşızanı, stratapı və avadanlığı təsvir lakonik və aydın şəkildə təsvir edə bilən mətn yazılmalıdır.
2.2. Mətin iki dildə - rus və azərbaycan dilində qəbul edilir.
2.3. Mətnin uzunluğu maksimum 50 simvoldan ibarət olmalıdır.
2.4. Mətinin yazılışında yuxarı reqisrtdan (YUXARI REQİSTR), smayliklərdən və digər qeyri ciddi işarələrdən istifadə etmək qadağandır.
2.5. Məlumatlar real satılan biznesə aid olmalıdır.
2.6. Mətində reklam sözlərindən istifadə etmək qadağandır. Misal: Çox ucuz, Son şans, İnanılmaz təklif və s.
2.7. Təsvirdə olan məlumatda təhqiramiz ifadə və reklam xarakterli məlumat yerləşdirmək qadağandır.
2.8. Mobil nömrə və ya digər əlaqə məlumatını daxil etmək qadağandır.
2.9. Bu bölməni boş saxlamaq qadağandır.
3. Elanın ətraflı təsviri:
3.1. Mətnin məzmunu potensial alıcılar üçün sizin təklif etdiyiniz biznesi ətraflı təsvir etməlidir.
3.2. Mətin iki dildə - rus və azərbaycan dilində qəbul edilir.
3.3. Mətnin uzunluğu maksimum 3000 simvoldan ibarət olmalıdır.
3.4. Mətnin yazılışında yuxarı reqistrdan (YUXARI REQİSTR), smayliklərdən və digər qeyri ciddi işarələrdən istifadə etmək qadağandır.
3.5. Məlumatlar real satılan biznesə aid olmalıdır.
3.6. Mətində reklam sözlərindən istifadə etmək qadağandır. Misal: Çox ucuz, Super şans, İnanılmaz təklif və s.
3.7. Təsvirdə olan məlumatda təhqiramiz ifadə və reklam xarakterli məlumat yerləşdirmək qadağandır.
3.8. Mobil nömrə və ya digər əlaqə məlumatını daxil etmək qadağandır.
3.9. Bu bölməni boş saxlamaq qadağandır.
4. Franşızanın (startapın) satışı haqqında ətraflı məlumat:
4.1. Mətnin məzmunu franşızanın (startapın) satışının qaydalarını əks etdirən məlumatlar təşkil etməlidir.
4.2. Mətin iki dildə - rus və azərbaycan dilində qəbul edilir.
4.3. Mətnin uzunluğu maksimum 3000 simvoldan ibarət olmalıdır.
4.4. Mətnin yazılışında yuxarı reqistrdan (YUXARI REQİSTR), smayliklərdən və digər qeyri ciddi işarələrdən istifadə etmək qadağandır.
4.5. Məlumatlar real satılan biznesin qaydalarına aid olmalıdır.
4.6. Mətində reklam sözlərindən istifadə etmək qadağandır. Misal: Çox ucuz, Super şans, İnanılmaz təklif və s.
4.7. Təsvirdə olan məlumatda təhqiramiz ifadə və reklam xarakterli məlumat yerləşdirmək qadağandır.
4.8. Mobil nömrə və ya digər əlaqə məlumatını daxil etmək qadağandır.
4.9. Bu bölməni boş saxlamaq qadağandır.
5. Biznesin satış hissəsi (faiznən):
5.1. Biznesin satış hissəsində, biznesin nəzərdə tutulan hər hansı hissəsini və ya tam şəkildə satışı nəzərdə tutulur (Misal: biznesin yarısını satmaq istiyirsizsə - 50% qeyd olunmalıdır, əgər biznes tam satılırsa - 100% qeyd olunmalıdı.
5.2. Biznesin satış hissəsini qeyd edilən faizə uyğun elan yerləşdirdikdə qarşısında müvafiq nişanla göstəriləcək.
5.3. Bu bəndə 0.01 - 100 dək aralıqda rəqəm qeyd olunmalıdı.
5.4. Bu bəndə mətn və ya işarələr qeyd etmək olmaz.
5.5. Bu bölməni boş saxlamaq qadağandır.
6. Biznesin (franşızanın, startapın) yaranma tarixi:
6.1. Bu bəndə biznesin (franşızanın, startapın) yaranma tarixi il və ay ilə qeyd olunmalıdı.
6.2. Bu bölməni boş saxlamaq qadağandır.
7. Franşızanın filial sayı:
7.1. Franşıza altında işləyən və həmçinin şirkətin öz filiallarının sayının cəmi əks olunmalıdı.
7.2. Bu bəndə mətn və ya işarələr qeyd etmək olmaz.
7.3. Bu bölməni boş saxlamaq qadağandır.
8. Qiymət:
8.1. Biznesin tam qiyməti qeyd olunmalıdır.
8.2. Əgər biznes kreditdədirsə, kredit şərtləri elanın təsvirində qeyd olunmalıdır. ilkin ödəniş məbləğini “Qiymət” xanasında qeyd etmək qadağandır. “Qiymət” xanasına bütöv məbləğ qeyd olunmalıdır.
8.3. Biznesin bir hissəsi satılırsa, qiymət bölməsində satılan hissənin tam qiyməti əks olunmalıdır.
8.4. Franşızada və startapda qiymət aralığı qeyd olunmalıdı, minimum tələb olunan və maksimum tələb olunan məbləğ qeyd olunmalıdı.
8.5. Franşızada və ya Startapda qiymət fiksdirsə yani bir qiymətdən ibarətdi aralıqdan yox, o halda yalnız minimum xanasına qeyd olunmalıdı məbləğ.
9. Sahə:
9.1. Bu bənddə biznesin (franşızanın, startapın, avadanlığın) hansı sahəyə aid olmasını göstərmək lazımdı.
9.2. Biznesin (franşızanın, startapın, avadanlığın) real hansı sahəyə aid olduğunu düzgün qeyd olunmalıdı. Səhf elan seçilərsə elan təsdiq edilməyəcək.
9.3. Bir elan üçün yalnız bir sahə seçilə bilinər.
9.4. Bu bölməni boş saxlamaq qadağandır.
10. Ünvan:
10.1. Bu bənddə biznesin (franşızanın, startapın, avadanlığın) hansı faktiki ünvanda yerləşdiyini göstərmək lazımdı.
10.2. Biznesin (franşızanın, startapın, avadanlığın) real hansı ünvanda yerləşdirdiyini düzgün qeyd olunmalıdı.
10.3. Bir elan üçün yalnız bir ünvan seçilə bilinər.
10.4. Hər hansı biznesin və ya franşıza satan şirkətin bir neçə ünvanı varsa, elanda baş ofis və ya əsas sayılan ünvan qeyd olunmalıdır.
10.5. Ünvanda ölkə və şəhər mütləq qeyd olunmalıdır, rayonu qeyd etmək vacib deyil.
10.6. Bu bölməni boş saxlamaq qadağandır.
11. Şəkillər:
11.1. Elanda şəkillərin maksimal sayı 10-dur.
11.2. Elanda minimum iki şəkil olmalıdır.
11.3. Şəkillərin minimal ölçüsü 1024x768 pikseldir.
11.4. Şəkillər keyfiyyətli olmalıdır.
11.5. Qaranlıqda çəkilmiş şəkillər və bulannıq çəkilmiş şəkillər qəbul edilmir, şəkildə hər şey maksimal aydın görsənməlidir.
11.6. “Skrinşot” şəkilləri dərc olunmur. Çərçivədə olan, və ya ağ/qara xətlərlə olan şəkillər dərc olunmur.
11.7. Şəkillər real biznesin özünə aid olmalıdır, digər bizneslərin şəkilləri və ya internetdən götürülmüş şəkil aşkar olunarsa avtomatik silinəcək.
11.8. Şəkillərdə BZNS.az loqotipi avtomatik şəkil yüklədikdə vurulur və şəkildə hər hansı başqa bir loqotipin olması qəbul olunmur (satılan şirkətin öz loqotipi xaric olmaqla).
11.9. Şəkillərdəki üfüq xətti şəklin aşağı/yuxarı xəttlərinə tam paralel olmalıdır.
11.10. Şəkillərdə reklam xarakteri daşıyan məlumat olmamalıdır.
11.11. Şəkillərdə əlaqə vasitələri göstərilməməlidir.
11.12. Hər hansı şirkətin çəkilmiş şəkillər ancaq həmin şirkətin adından yerləşdirilə bilər.
11.13. Şəkilərdə biznes təsviri aydın görsənməlidir.
11.14. Şəkillərdə biznes hazırki vəziyyətində olduğu kimi göstərilməlidir.
12. Keçidlər:
12.1. Biznesin (franşızanın, startapın, avadanlığın) elanına aid olan real və işlək keçidlər yüklənilməlidir.
12.2. Digər şirkətə və ya fiziki şəxsə aid olan keçidlərdən, həmçinin işlək olmayan keçidləri elana yerləşdirmək qadağandır.
12.3. Hər keçid öz xanasına uyğun yerləşdirilməlidir, facebook, instagram və s.
12.4. Hər hansı xanaya aid keçidiniz yoxdursa və ya heç biri yoxdursa bəndləri boş saxlamaq olar.
13. Əlaqə vasitələri:
13.1. Şəxsi əlaqə vasitələri düzgün qeyd olunmalıdır: ad, soyad, elektron poçt ünvanı, telefon nömrəsi.
13.2. Elanda telefon nömrəsi səhv qeyd olunubsa və alıcı bu səbəbdən satıcı ilə əlaqə qura bilmirsə elan saytdan silinəcək.
13.3. İstifadəçi yerləşdirdiyi elanın dəqiqliyinə, tamlığına, onun Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğunluğuna, elanda yerləşdirilən məlumatların üçüncü şəxslərin hüquqlarını pozmamasına və onların iddialarından azad olmasına görə məsuliyyət daşıyır.
14. Elanın düzəliş edilməsi:
14.1. Elanda hər hansı düzəliş etmək üçün şəxsi profilə keçid almaq lazımdı, və orda həmin elanı seçib onu düzəliş etmək olar. Düzəlmiş məlumatlar derc edilməmişdən qabaq yenidən moderasiyaya yönəldilir, yalnız təstiqdən sonra dərc edilir.
14.2. Bir elanı yalnız iki dəfə dəyişiklik etmək mümkündür.
14.3. Düzəliş edilmiş elan qaydalara uyğun deyilsə, düzəliş qəbul olunmur.
14.4. Düzəlişdən sonra elan bir gün ərzində yoxlamadan keçir.
15. Qara siyahı:
15.1. Operatora və ya moderatora qarşı hörmətsizlik edən istifadəçinin əlaqə vasitələri blok olunur və o, BZNS.az saytında elan yerləşdirə bilməz!
15.2. Elanda qiyməti fərqli qeyd edib sonradan isə telefonda digər qiymət söyləyən, başqa biznesinin şəkillərini yerləşdirən və ya hər hansı digər qaydaları pozan istifadəçi qara siyahıya düşür və BZNS.az saytında daha elan yerləşdirə bilməz!
15.3. Əlaqə vasitələrinin qara siyahıdan çıxarılması mümkün deyil.
15.4. Üçüncü şəxsin əlaqə vasitələri qeyd edildikdə və həmin səxs şikayət etdikdə əlaqə vasitələri qara siyahıya düşür.
16. Texniki dəstək xidməti:
16.1. Texniki dəstəyin telefonları Bazar ertəsi – Cümə saat 09:00-dan 19:00-a qədər, Şənbə 09:00-dan 13:00-a qədər işləyir.
16.2. Texniki dəstəyə müraciət etdikdə mütləq elan nömrəsi qeyd olunmalıdır. Elanın nömrəsi elan yerləşdirilən zaman elektron ünvanınıza göndərilir.
16.3. Və ya yaranan problemlə bağlı mail ünvanın müraciyyət mümkündür [email protected] . Bu zamanda cavablandırma iş saatlarına uyğun aparılacaq.
17. Ödənişli xidmətlər
17.1. “VİP et” - elanı VİP et xidməti elan dərc edildikdən sonra əlavə etmək olar. Bunun üçün şəxsi profilə keçid almaq lazımdı, ordadan VİP etmək istədiyiniz elan seçilərik açılmışsəhifədən etmək mümkündür. VİP et qiyməti 2 manat - 1 gün, 10 manat - 7 gün, 30 manat - 30 gün ərzində elanı VİP edir (önə çıxardır).
17.2. Elanı “Təstiq et” qiyməti 100 manatdır, birdəfəlik ödəniş. Bu xidmət zamanı elanın sahibi öz elanını təstiqlətmək (yoxlanması) üçün şəxsi profilindən elanı seçir və açılmış səhifədə “Təstiqlət” xidmətini seçir. Bu zaman 5 iş günü ərzində BZNS.az şirkəti tərəfindən bir nəfər mütəxəssis yaxınlaşır həmən biznesin yerləşdiyi məkana və hər bir elanda yerləşən məlumatın yoxlayır. Yoxlamadan keçdikdən sonra həmən elanın qarşısında “Təstiqlənmiş” nişanı çıxır.
17.3. “Təstiq et” xidməti bir dəfə aktiv olunur və elanın aktiv olduğu müddət boyunca müvafiq nişan ilə göstərilir.
17.4. “Təstiq et” xidmətinin qiyməti (100 manat) yalnız Bakı və Abşeron yarmadası üçün şamil olunur digər şəhər və regionlar üçün +994515115110 nömrəsi və ya [email protected] mailina müraciyyət edərək əldə edə bilərsiz.
17.5. Qayda pozuntularına yol verilibsə, hətta haqqı ödənilmiş elanlar da ləğv edilə bilər. Əgər xidmət artıq göstərilibsə, ödənişli xidmətlərə görə ödənilmiş haqq geri ödənilmir. Həmçinin, xidmətin göstərilməsinin başlama vaxtı daha sonraya /əvvələ dəyişdirilə, xidmət başqa elana keçirilə bilməz.
BZNS.az saytı istənilən vaxt birtərəfli qaydada, öncədən xəbərdarlıq və ya məlumat vemədən qaydaları dəyişdiriləməsi, silinməsi və ya yeni bəndlərin əlavə edilməsi hüquqlarını özündə saxlayır.
Qaydaların yenilənmə tarixi – 15.09.2020