Beyin ideyaları düşünmək üçün var, onları yadda saxlamaq üçün deyil. Əgər insanların əksəriyyəti kimisinizsə demək ki, sizin də çoxlu ideyalarınız var – onları bir yerə toplayıb qeyd etmək lazımdır. Diqqətinizi çəkən fikirlər:
1 . Həyata keçirmək istədiyiniz işlər
2 . Yerinə yetirmək barədə tərəddüddə qaldığınız işlər
3 . Həyata keçməsi mümkünsüz görünən işlər
Təsəvvür edin ki, beyninizdə bütün problem və təzyiqlərdən uzaq təmiz bir sahə var. Siz fikrinizi yayındırmadan diqqətinizi 100% əsas tapşırıqlara yönəldə və anı yaşaya biləcəksiniz. Həmçinin diqqətli olacaq və işləri nəzarətdə saxlaya biləcəksiniz. Planlara addım-addım yanaşmağı bacaracaqsınız.
Birinci addım. “Zehni yoxlama” üçün 20-30 dəqiqə vaxt nəzərə alın.
İkinci addım. İlk yoxlamanızı həyata keçirin.
Üçüncü addım. Əldə etdiklərinizi bir lövhədə qeyd edin.
Birinci addım. “Zehni yoxlama” üçün 20-30 dəqiqə düşününş.
Beyni yoxlamaq nə deməkdir?
Əqli yoxlama ağlınızda olanların hamısını sadəcə qeyd etməkdir. Bu, beyninizi tamamilə təmizləmək vasitəsidir və bunu beyninizdə olan hər bir şeyi birləşdirib kağıza yazmaqla edirsiniz.
İkinci addım. İlk yoxlamanızı həyata keçirin
Bu istiqamətdə işləyə biləcəyiniz sakit bir yer tapın. Əlinizə qələm və kağız götürün. Beyninizdə tutduğunuz və diqqətinizi çəkən hər bir fikri, ideyanı və ya layihəni qeydə alın. Bəli, bu, tamamilə şifahi bir təmizləmədir.
Əgər hər bir fikri ayrıca bir vərəqə yazsanız bu, digər addımları da asanlaşdırcaq, amma əgər uzun siyahıya və ya rəqəmsal cihazda qeydə alınmaya üstünlük verirsinizsə onlar da uyğundur.
Üçüncü addım. Əldə etdiklərinizi lövhəyə yerləşdirin
Bütün vərəqləri, alınan siyahıları və ya istənilən başqa qeydləri lövhənizə yerləşdirin.